Şəmkir rayonunda qədim kəhrizlərdən biri çöküb.
Publika.az-ın verdiyi məlumata görə, hadisə rayonun Sərxan kəndi ərazisində baş verib.
Kəhrizləri təmizləyərkən quyu uçub. Nəticədə iki kənkan (əl ilə quyuqazan) – fəhlə Məmmədov Rövşən Məzahir oğlu və traktorçu qələndərli Tural xəsarət alıb.
İlkin məlumata əsasən, yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
____________________
18:55
Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.
Hokm.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, bir neçə nəfər torpaq altında qalıb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

















