SON DƏQİQƏ: Azərbaycanda daha bir tanınmış şəxs koronavirusdan öldübackend

SON DƏQİQƏ: Azərbaycanda daha bir tanınmış şəxs koronavirusdan öldü

Azərbaycan millisinin sabiq futbolçusu Gennadi Drozdov vəfat edib.

Hokm.az bildirir ki, bu barədə “Report”a açıqlamasında Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, veteran yarımmüdafiəçinin ölümünə koronavirus səbəb olub. Drozdov eyni zamanda xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Gennadi Drozdov “Xəzər”, “Neftçi”, “Dinamo” (Gəncə), “Göyəzən” və “Turan” klublarının da formasını geyinib.

  •  (0)
  •  (0)