SON DƏQİQƏ! Azərbaycana ağır itki baş verdi: Məşhur generalımız vəfat etdibackend

SON DƏQİQƏ! Azərbaycana ağır itki baş verdi: Məşhur generalımız vəfat etdi

Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

Hokm.az-ın xəbərinə görə, o, 98 yaşında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, T.Ağahüseynov 1923-cü il fevralın 1-i Şəkidə anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib.

O, 1997-ci ilin aprelin 17-dən 2002-ci ilin aprelin 2-dək Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, sonrakı dönəmlərdə müxtəlif vəzifələrdə çalışıb.

T.Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır.oxu24.com

Allah rəhmət eləsin!

  •  (0)
  •  (0)