Son dəqiqə! Azərbaycan Madagiz ətrafındakı yüksəkliklər azad edibbackend

Son dəqiqə! Azərbaycan Madagiz ətrafındakı yüksəkliklər azad edib

Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.

Müdafiə Nazirliyindən Hokm.az-a verilən məlumata görə, qoşunlarımız Ağdərə istiqamətində düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır. İctimaiyyətə əlavə məlumat veriləcək və videolar təqdim olunacaq.

  •  (2)
  •  (0)