SON DƏQİQƏ! AZAL vacib məlumat yaydı: Bu şəxslər Azərbaycana uça bilərbackend

SON DƏQİQƏ! AZAL vacib məlumat yaydı: Bu şəxslər Azərbaycana uça bilər

“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı buraxılan şəxslər açıqlanıb.

Hokm.az  AZAL-a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

– Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

– Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Qeyd edək ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

  •  (0)
  •  (0)