SON DƏQİQƏ: Aprelin 5-dən bağçalar da BAĞLANIRbackend

SON DƏQİQƏ: Aprelin 5-dən bağçalar da BAĞLANIR

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçalar da bağlanacaq.

Hokm.az modern.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı dövlət və özəl bağçalara göstəriş verilib.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib.

Qeyd edək ki, dünən Təhsil Nazirliyi sözügedən şəhər və rayonlarda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağını açıqlayıb .

  •  (0)
  •  (0)