SON DƏQİQƏ:AĞIR İTKİ ÜZ VERDİ-Əməkdar artistin qızı vəfat etdi-FOTObackend

SON DƏQİQƏ:AĞIR İTKİ ÜZ VERDİ-Əməkdar artistin qızı vəfat etdi-FOTO

Rusiyanın Əməkdar artisti Vladimir Konkinin qızı Sofya Konkina vəfat edib.

Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə “Telegram-kanal” məlumat yayıb.

Məlumata görə, Sofya 2 gün əvvəl hovuza çimməyə gedib. Dünən isə ailəsinə Moskvadakı Botkinsk xəstəxanasından zəng edərək bildirilib ki, Sofya reanimasiyadadır.

Həkimlərin səyinə baxmayaraq, bu gün isə qız böyrək çatışmazlığından vəfat edib. Qızın ölüm işini araşdıran polislər ölümün kriminal xarakterli olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, Vladimir Konkin “Polad necə bərkidi”,”Görüş yerini dəyişmək olmaz”, “Aşiqlər haqqında romans” və digər filmlərdəki rolları ilə məşhurlaşıb.

69 yaşlı aktyorun Sofyadan başqa, Yaroslav və Svyatoslav adlı əkiz oğulları da var.

  •  (0)
  •  (0)