SON DƏQİQƏ: Ağdamda mina partladı – Həlak olan varbackend

SON DƏQİQƏ: Ağdamda mina partladı – Həlak olan var

Ağdamda 41 yaşlı kişi minaya düşərək həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Hokm.az-a bildirilib ki, bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində yerli sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb.

Nəticədə o, hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)