Sökülmüş evlərin sahiblərinə ediləcək güzəştlər – Yeni qanun layihəsibackend

Sökülmüş evlərin sahiblərinə ediləcək güzəştlər – Yeni qanun layihəsi

Sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu halda sadələşdirilmiş vergiyə cəlb olunmayacaq.

Hokm.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən  .

Dəyişikliyə əsasən, sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu halda, fiziki şəxsin sökülmüş evdə azı 3 il müddətində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatı olduğu halda fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda sökülmüş yaşayış sahəsinin 20 faizi həddində) yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında sadələşdirilmiş vergiyə cəlb edilməməsi təklif edilir.

Eyni zamanda layihəyə əsasən, fiziki şəxsin yaşayış və qeyri-yaşayış sahələri və torpaq sahəsi Bakı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan və Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endiriləcək.

  •  (0)
  •  (0)