ŞOK İTTİHAM: ABŞ koronavirusun dayandırılmasını əngəlləyirbackend

ŞOK İTTİHAM: ABŞ koronavirusun dayandırılmasını əngəlləyir

İran ABŞ-ı koronavirus pandemiyasına qarşı qlobal mübarizənin qarşısını almaqda günahlandırır.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tvitterindəki paylaşımında bu iddianı qaldırıb.

“İran xalqı qanunsuz ABŞ sanksiyalarının götürülməsi istiqamətindəki çağırışlarına görə hökumət və qeyri-hökumət təşkilatları liderlərinin kampaniyasını təqdir edir. ABŞ dinləmir, Kovid-19-a qarşı qlobal mübarizəni əngəlləyir. Yeganə həll yolu ABŞ-ın kütləci cəzalandırma metoduna qarşı çıxmaqdır. Əxlaqi və praktik tədbirlərin tətbiqi məcburidir”.

Qeyd edək ki, İranda virusdan ölənlərin sayı 1685-ə çatıb. Yoluxma faktı 21 min 638-dir.

  •  (0)
  •  (0)