Xerson vilayətinin rusiyalı hakimiyyət orqanları bu bölgədən Rusiyaya taxıl ixracı prosesinin başlandığını açıqlayıb.
Bu barədə ruslar tərəfindən bölgəyə rəhbərlik etmək üçün təyin edilmiş Xerson vilayətinin rəhbərinin müavini Kirill Stremousov məlumat verib.
Stremousov iyunun 20-dən etibarən payızlıq taxılların yığımına başlanılacağından danışır, onun da ixracı planlaşdırılır.
Qeyd edilib ki, onlar əslində ötən il Xerson vilayətində yığılmış buğda məhsulunu oğurlayırlar.
Beynəlxalq medianın məlumatına görə, mayın 11-də oğurlanmış Ukrayna taxılını daşıyan Rusiya gəmisi Suriya sahillərində yanaşaraq dayanıb. Bundan əvvəl ukraynalı diplomatların səyləri sayəsində Misir və Livan qənimət almaqdan imtina edib.
Aqrar Siyasət Nazirliyi isə rusların nə qədər Ukrayna taxılını oğurladığını hesablayıb./publika.az