ŞOK CİNAYƏT: Sevgilisinin ailəsini QƏTLƏ YETİRDİ, sonra İNTİHAR ETDİbackend

ŞOK CİNAYƏT: Sevgilisinin ailəsini QƏTLƏ YETİRDİ, sonra İNTİHAR ETDİ

Rusiyada sosial şəbəkədə başlayan sevgi qanla bitib.

Hokm.az sonxeber.az-a istinadən xəbər verir ki, Rusiyanın Kazan şəhərində 22 yaşlı Rüstəm Əhmədullin, sevgilisi Kamilə Tukhvatullinanı və onun ailəsini öldürdükdən sonra, intihar edib.

Qeyd edək ki, gənclərin sevgi münasibəti sosial şəbəkədə başlayıb.Qızın atası bu münasibətə razılıq verməyib.

Rüstəm Əhmədullin sevgilisi ilə görüşməyə icazə verməyən ailə ilə görüşmək qərarını alır.

Nəticədə söhbət zamanı gənclə ailə arasında mübahisə başlayıb. Əsəblərinə hakim ola bilməyən gənc sevgilisini və ailəsini bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə 22 yaşlı gənc özünü eyvandan ataraq intihar edib.

Hadisə yerinə polis və təcili tibbi yardım gəlib.

Təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılan gəncin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

  •  (0)
  •  (0)