SOCAR həbsxanada ölən sabiq deputatın qardaşını məhkəməyə verib –TƏFƏRRÜATbackend

SOCAR həbsxanada ölən sabiq deputatın qardaşını məhkəməyə verib –TƏFƏRRÜAT

Dövlət Neft Şirkətinin (SOCAR) “Dərhal” Mənzil Tikinti Kooperativinə (MTK) qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı Ali Məhkəmədə iclas keçirilib. 
Məhkəmə iclası 26.11.2021-ci il tarixində Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə keçirilib.
Məhkəmə iddiasının torpaq sahəsinin boşaldılmasına görə qaldırıldığı bildirilir.
Qeyd edək ki, hüquqi ünvanı “Binqədi rayonu, Şövkət Məmmədova, ev 71A”-da  yerləşən “Dərhal”  MTK 09.12.2004-cü il tarixidə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 200 manat olan MTK-nin rəhbəri Cəbrayılov Elşən Kamil oğludur.

Məlumat üçün bildirilir ki, Cəbrayılov Elşən Kamil Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə həbs olunan və 2 ay əvvəl həbsxanada vəfat edən sabiq millət vəkili Rəfael Cəbrayılovun qardaşıdır.

  •  (0)
  •  (0)