Şöbədə arvadını güllələyərək öldürən POLİS GÖRÜN KİMİN OĞLUDURbackend

Şöbədə arvadını güllələyərək öldürən POLİS GÖRÜN KİMİN OĞLUDUR

Bu gün səhər saatlarında həyat yoldaşını öz tabel silahı ilə güllələyib öldürən polis əməkdaşı İsmayıl Məmmədov haqda yeni məlumat əldə etmişik.

Hokm.az Musavat.com-a istinadən xəbər verir ki, İsmayıl Məmmədovun atası Vaqif İsmayılov Birinci Qarabağ müharibəsi şəhididir. Vaqif İsmayılov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

Məmmədovlar ailəsi əslən Xocalıdandır. İsmayıl Məmmədovun bir neçə il öncə polis sıralarına atası şəhid olduğu üçün götürüldüyü deyilir.

Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminimdə güllələyərək öldürüb.

  •  (0)
  •  (2)