Siyavuş Novruzovu kim əvəz edəcək? – Açıqlamabackend

Siyavuş Novruzovu kim əvəz edəcək? – Açıqlama

YAP-ın sədr müavini vəzifəsindən istefa verən Siyavuş Novruzovun yerinə kimin təyin ediləcəyi ilə bağlı məsələ hələlik müzakirə mövzusu deyil.

Hokm.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi Hüseyn Paşayev deyib. O bildirib ki, bu vəzifəyə yeni namizəd YAP sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir:

“Bugünkü ana qədər Siyavuş Novruzovun yerinə hələlik heç bir namizədin təqdimatı olmayıb. Bu məsələ müzakirə mövzusu deyil”.

Qeyd edək ki, Siyavuş Novruzov ötən ay pandemiya şəraitində qadağan edilməsinə baxmayaraq, Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirak etdiyi üçün YAP-dakı vəzifəsindən istefa vermişdi.

  •  (0)
  •  (0)