Siyavuş Novruzov: “Mən DİN-i məhkəməyə verməmişəm”backend

Siyavuş Novruzov: “Mən DİN-i məhkəməyə verməmişəm”

“DİN çox yaxşı işləyir. Həm Vətən müharibəsində, həm koronavirus dövründə, qarda, yağışda, küləkdə – bir sözlə, hər zaman vətəndaşın keşiyində dayanır. Bir dənə məhkəmə göstərsinlər ki, mən ora müraciət etmişəm”.

Bu fikirləri qazet.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov səsləndirib.

“Orada oturanlar hamısı mənim dostlarımdır. Onlarla mənim çox gözəl münasibətlərim var. Mənim haqqımda o qədər yazırlar ki… Hər yazana fikir verməliyəm? Material yoxdur deyə başlayıblar yenə məni fırlatmağa”.

Qeyd edək ki, yerli kütləvi informasiya vasitələrində Siyavuş Novruzovun Daxili İşlər Nazirliyini məhkəməyə verməsi ilə bağlı məlumat yayılıb. Millət vəkilinin karantin qaydalarının pozulması iddiası ilə inzibati qaydada cəzalandırılması və cərimələnməsinə münasibəti barədə açıqlaması dərc edilib.

Siyavuş Novruzov yayılan xəbərləri təkzib edib.

  •  (0)
  •  (0)