Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”backend

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan “Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin” açıqlaması barədə fikrini bildirib.
Bu barədə unikal.org-a açıqlama verən S.Novruzov sözügedən açıqlamanın bu şəkildə müzakirəsinin yersiz olduğunu bildirib:
“Əslində tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karxanada daş atmağa gedirdim.
Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik”.
  •  (0)
  •  (0)