Siyavuş Aslanın küçədə gecələyən oğlu ilə bağlı açıqlama: “Tapmağa çalışırıq…”backend

Siyavuş Aslanın küçədə gecələyən oğlu ilə bağlı açıqlama: “Tapmağa çalışırıq…”

Sosial şəbəkələrdə mərhum aktyor, Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanovun küçədə gecələməsi haqda fotolar paylaşılıb.
Mövzunun aktuallığını və həssaslığını nəzərə alan Sfera.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Murad Həşimovla əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bildirib ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan sığınacaq və sosial reabilitasiya müəssisəsində olub:

yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib”.

Qurum rəsmisi qeyd edib ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər: “Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq”.
  •  (0)
  •  (0)