Siyasi triumfbackend

Siyasi triumf

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmişdir. Məlum olduğu kimi ölkəmiz NATO-nun etibarlı tərəfdaşlarından biri hesab olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstəricisidir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiyməyləndirilir. Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlamış və cari ilin avqustun sonuna qədər davam etmişdir. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Azərbaycan NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə cari ildə yeddi birgə hərbi təlim həyat keçirmişdir. Azərbaycan NATO-nun 20-yə yaxın ölkəsinə neft ixrac edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər.

Azərbaycanın məqsədi regionda hər hansı yeni müharibənin başlanmasına rəvac verməməkdir. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşması qəbul olunsa bu tip məsələlərə son qoyulacaqdır. Ölkəmiz uzun müddətdir ki, sülhə hail olmaq istəyir. Çünki 28 il ərzində ATƏT-in Minsk qrupu aparılan danışıqlarda hər hansı bir nəticə əldə olunmadı.

Hazırda azad edilmiş ərazilərdə partlamamış minaların mövcudluğu ən problemli məsələlərdəndir. Azərbaycanın mülki vətəndaşları minalardan əziyyət çəkir və bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinə ehtiyac vardır.

Digər mühüm bir məsələ regionun simasını dəyişdirəcək Zəngəzur dəhlizi layihəsidir. Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Bütün çətinliklərə rəğmən Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə edilmişdir. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb.

Üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaqdır. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək imkanə verməyəcək, həm də Ermənistanın Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir.

Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir. Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi bir daha gündəliyə gətirilmişdir. Aİ tərəfindən bu istiqamətdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər.

Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Aİ predmetli danışıqların tərəfdarıdır. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də Aİ tərəfindən məşvərətçi statusda dəstək göstərilə bilər. Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarıdır.

Aİ ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır. Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatıb. Aİ-nin 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalanmışdır.

Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq uğurla inkişaf edir. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına artıq üç ölkəsinə – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının Aİ-nin digər üzv ölkələrinə çatdırılması perspektivləri gündəmdədir.

Nurlan Əliyev – Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

  •  (0)
  •  (0)