Şirvanda toyda kütləvi zəhərlənmə – VİDEObackend

Şirvanda toyda kütləvi zəhərlənmə – VİDEO

Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.

Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Hokm.az

  •  (0)
  •  (0)