Şirvanda avtomobil piyadaları vurub: Ölən və yaralananlar varbackend

Şirvanda avtomobil piyadaları vurub: Ölən və yaralananlar var

Şirvanda VAZ-2121 markalı avtomobil piyadaları vurub.

APA-nın məlumatına görə, hadisə Salyan-Şirvan yolunda qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər (Sabirabad sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Samir Ağabəy oğlu, Şirvan sakinləri – 1969-cu il təvəllüdlü Xudiyev Vaqif Qardaşəli oğlu və 1999-cu il təvəllüdlü Əsgərov Murad Orxan oğlu) yaralanıb.

Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)