Şirlər arasında da koronavirus yayılıbbackend

Şirlər arasında da koronavirus yayılıb

Sinqapur zooparkında koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin baytar xidməti məlumat yayıb.

Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, COVID-ə heyvanxanadakı şirlər arasında rast gəlinib. Dörd Asiya və bir Afrika şirinin ölümcül virusa tutulduğu bildirilib.

İlkin ehtimallara görə, xəstəlik vəhşi heyvanlara zooparkın əməkdaşından keçib.

Artıq COVID-li heyvanlar digər həmcinslərindən təcrid olunub.

  •  (0)
  •  (0)