“Sinovac” yeni ştama qarşı vaksin yaratmağa hazırlaşır?backend

“Sinovac” yeni ştama qarşı vaksin yaratmağa hazırlaşır?

Çinin “Sinovac” şirkəti koronavirusun yeni “Omicron” ştamını öyrəndiyini bəyan edib.

Şirkət lazım gələrsə, yeni ştama qarşı vaksin istehsalına başlamağa hazır olduğunu bildirib.

 “Sinovac” buna qədər koronavirusun “Qamma” və “Delta” ştamlarına qarşı peyvəndlərin yaradılması üzərində də işləyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Omicron” ştamının yayılması təhlükəsini qlobal risk adlandırıb. Təşkilatın məlumatına görə, yeni ştamdan hələ ki, ölüm faktı qeydə alınmayıb.

  •  (0)
  •  (0)