“Sinovac” şirkətinin direktorundan yeni peyvənd ANONSU: “Pandemiyanın bitməsi üçün …”backend

“Sinovac” şirkətinin direktorundan yeni peyvənd ANONSU: “Pandemiyanın bitməsi üçün …”

Çinin “Sinovac” şirkətinin direktoru Yongjun Gao Covid-19-un yeni variantlarına qarşı peyvəndlərin hazırlanmasında son mərhələyə çatdıqlarını söyləyib.
Gao, “Sinovac” şirkəti hazırda. “Delta” və “Qamma” variantlarına qarşı yeni peyvəndlər hazırlayır. Hazırda hazırlanmış peyvəndlə bağlı araşdırmalarımız başa çatıb. Klinik tədqiqatlar üçün Çinin müvafiq orqanlarına müraciət etmişik”, – deyə qeyd edib.

Yongjun Gao xatırladıb ki, şirkət tərəfindən istehsal olunan “Coronavac” peyvəndində ənənəvi təsirsizləşdirilmiş peyvənd texnologiyasından istifadə olunur.
Pandemiyanın sona çatması üçün iki yolun izlənilə biləcəyini ifadə edən Qao, “İlk növbədə hər kəsin peyvənd edilməsi lazımdır və buna uyğun olaraq peyvənd nisbətimiz də artmalıdır. Digəri isə maska ​​taxmaq, əl gigiyenasına və məsafələrə diqqət etməkdir. O zaman hamımız birlikdə pandemiyadan qurtula bilərik”, – deyə fikirlərinə davam edib.
Yongjun Gao üçüncü doza ilə bağlı apardıqlarını araşdırma haqqında da danışıb: “Üçüncü dozadan sonra əldə etdiyimiz məlumatlar göstərir ki, insanlarda antikor səviyyəsi 2-ci dozadan sonraya nisbətən olduqca daha yüksək olur. Ona görə də tövsiyəmiz üçüncü dozanın tətbiq olunmasıdır. Bu, peyvəndin ikinci dozasından 6 ay sonra verilməlidir”.Musavat.com
  •  (2)
  •  (1)