“Sinovac” peyvəndinə Çində qadağa qoyulub? – RƏSMİ AÇIQLAMA – FOTObackend

“Sinovac” peyvəndinə Çində qadağa qoyulub? – RƏSMİ AÇIQLAMA – FOTO

Çinin İstanbuldakı baş konsulu Cui Vei onun adından yayılan xəbəri təkzib edib.

Hokm.az-ın Azxeber.com-a istinadən məlumatına görə, iddia edilirdi ki, o “Sinovac” peyvəndinin Çində qadağan olduğunu deyib.

Konsulluq məsələ ilə bağlı rəsmi açıqlama yayıb.Həmin açıqlamanı təqdim edirik: Daha bir saxta xəbər. Baş konsulumuz heç vaxt peyvəndin Çində qadağan olduğunu deməyib.

Əsl həqiqət belədir: Çində peyvəndin təcili istifadəsi iyul ayından başlayıb. Peyvəndin tam icrası isə dekabr ayında Çinin müxtəlif əyalətlərində başladılıb. Qeyd edək ki, bu gün Çindən Türkiyəyə ilk dəfə olaraq “Sinovac” peyvəndi gətirilib.

  •  (0)
  •  (0)