Şimali Koreyada koronavirusa ilk yoluxma halı qeydə alındı – FOTObackend

Şimali Koreyada koronavirusa ilk yoluxma halı qeydə alındı – FOTO

Şimali Koreya ölkədə ilk koronavirus hallarının müşahidə edildiyini və bununla da fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Hokm.az xəbər verir ki, pandemiyanın başlanğıcından ölkə sərhədlərində sərt tədbirlər həyata keçirən Şimali Koreyada paytaxt Pxenyanda bir nəfərdə koronavirus aşkarlanıb.

Şimali Koreya lideri Kim Çen Inda daxil olduğu yüksək səviyyəli rəsmilər epidemiya vəziyyətini müzakirə etmək üçün keçirdikləri toplantıda “maksimum fövqəladə epidemiyadan qorunma sistemi” tətbiq edəcəklərini açıqlayıblar.unikal

  •  (0)
  •  (0)