Sığorta şirkətlərinin bu hərəkəti qanunsuzdur- DİQQƏTLİ OLUNbackend

Sığorta şirkətlərinin bu hərəkəti qanunsuzdur- DİQQƏTLİ OLUN

Son zamanlar sığorta şirkətləri sürücülərə qarşı daha bir qanuna zidd hərəkət edir. Bu hərəkət ondan ibarətdir ki, ər və ya arvad birgə nikah dövründə əldə etdikləri avtomobillə qəza törədən zaman sığorta şirkəti qarşı tərəfə ödədiyi məbləği məhkəmə qaydası ilə onlardan alır.

Bəs nikah haqqında şəhadətnamə ilə avtomobili idarə edib qəza törədən zaman subroqasiya qaydası yarana bilər?

Qeyd edək ki, qanunvericiliyə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və ya nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən şəxs qəza törədərsə, bu zaman subroqasiya yarana bilər. Lakin ər və ya arvad birgə nikah dövründə əldə etdikləri avtomobili etibarnaməsiz idarə edərsə burada subroqasiyadan söhbət gedə bilməz. Çünki Ailə Məcəlləsinin 32-ci maddəsinə görə ər və arvadın nikah dövründə əldə etdikləri əmlak, onların hər ikisinin mülkiyyəti hesab olunur. Yol Hərəkəti Haqqında Qanuna görə isə, şəxs öz mülkiyyətində olan avtomobili problemsiz olaraq idarə edə bilər. Eyni zamanda Mülki Məcəllədə də buna bənzər maddələr var.

Bu vəziyyətdə sığorta şirkəti ödədiyi məbləği subroqasiya qaydasında sığortalıdan tələb etməsi qanuna ziddir. Təbii ki, sığorta şirkəti ödənişdən yayınmaq üçün bu cür yollara əl atır. Məhkəmələrdə isə yalnış formalaşmış praktika sığortalının hüquqlarının pozulması ilə nəticələnir.avtosfer.az

  •  (0)
  •  (0)