ŞİDDƏTLİ TOQQUŞMA: Pakistana hücum edildi – Ölənlər varbackend

ŞİDDƏTLİ TOQQUŞMA: Pakistana hücum edildi – Ölənlər var

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətindəki nəzarət məntəqəsinə hücum olub.

Hokm.az xəbər verir ki, terrorçular hərbçiləri atəşə tutub. Hücum Əfqanıstan ərazisindən edilib. Şiddətli toqquşma zamanı bir pakistanlı hərbçi həlak olub. 1 terrorçu məhv edilib. 3 silahlı isə yaralanıb. Hücumu həyata keçirən terrorçuların hansı qruplaşmanın üzvü olduğu məlum deyil.metbuat.az

  •  (0)
  •  (0)