Səyyad Əlizadənin səhhəti yaxşılaşdıbackend

Səyyad Əlizadənin səhhəti yaxşılaşdı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti barədə yeni məlumatlar var. 

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, K.Əlizadə koronavirusdan müalicə aldığı Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan evə buraxılıb:

“Səyyad Əlizadənin vəziyyəti isə yaxşılığa doğru gedir. Həkimlər günorta saatlarında sənətçiyə baxış keçirib. Vəziyyətində müsbət istiqamətə irəliləyiş olduğu deyilir”.

  •  (1)
  •  (0)