Ötən gün koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin nəşi Füzuli rayonuna aparılaraq orada dəfn olunub.
Bu haqda baku.ws-ə dəfndə iştirak edən Səyyad Əlizadənin yaxın dostu və həmkarı Nadir Bayramlı məlumat verib.
Sənətçi vəsiyyətinə uyğun olaraq Füzuli rayonunun Babı kəndində ata-anasının qəbrinin yanında torpağa tapşırılıb.
Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə dünən gecə vəfat edib. Süni tənəffüs aparatına qoşulan müğənninin ağ ciyərinin 80%-nin buzlaşdığı bildirilirdi.