Şeytanla sevişən cadugər: İllər sonra belə ortaya çıxdı – FOTOLARbackend

Şeytanla sevişən cadugər: İllər sonra belə ortaya çıxdı – FOTOLAR

300 il əvvəl Şotlandiyada şeytanla cinsi əlaqəyə girdiyini etiraf etdiyinə görə həbs olunan və orada vəfat edən Lilias Adie adlı qadının görüntüsü bərpa edilib. 

Hokm.az Cebhe.info-ya istinadən xəbər verir ki, elm adamları 3D texnologiyasından istifadə etməklə buna nail olub.

18-ci əsrdə yaşayan və şeytanla əlaqəsini etiraf edən qadının cadugər olduğu deyilir. O, 1704-cü ildə saxlanıldığı xəstəxanada vəfat edib. Yerli əhali onun məzardan çıxacağından ehtiyatlanırdı, buna görə də cəsədi dəfn edilməyərək  Fife sahilindəki bir daşın altına qoyulub. 1854-cü ildə cəsədin qalıqları bir qrup ovçu  trəfindən daşın altından çıxarılaraq muzeyə təhvil verilib. Ancaq qadının kəlləsi yoxa çıxıb. Həmin dövrdən etibarən elm adamları qadının üzünün necə görünməsi barədə düşünüb. Ancaq kəllə sümüyü ortada olmadığından təkcə fotolardan yararlanmaq mümkün olub.

  •  (0)
  •  (0)