Seyid Abbas Musəvi: “Azərbaycan İranın təqdim etdiyi təşəbbüsü ən yüksək səviyyədə dəstəklədi” – VİDEObackend

Seyid Abbas Musəvi: “Azərbaycan İranın təqdim etdiyi təşəbbüsü ən yüksək səviyyədə dəstəklədi” – VİDEO

“İran Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair plan hazırlayaraq, qonşu dövlətlərə təqdim edib. Mövqeyimiz işğalın sona çatması, ölkələrin ərazi bütövlüyünün tanınması prinsipinə əsaslanır”.

Hokm.az xəbər verir ki, İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəsinin qəti dəstəyini növbəti dəfə bəyan edib:

“İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcək”.

Səfir Seyid Abbas Musəvi bildirib ki, İran münaqişənin sülh yolu ilə həllinə dair plan hazırlayıb və bu planı Azərbaycan, Rusiya, Ermənistan və Türkiyəyə təqdim edib:

“Azərbaycan Respublikası ən yüksək səviyyədə İranın təqdim etdiyi bu təşəbbüsü dəstəklədi. Biz hazırda digər ölkələrin bu barədə mövqelərini gözləyirik.

Azərbaycanın İranla həmsərhəd məntəqələrinin işğaldan azad olunmasına görə biz çox şadıq və şükür edirik ki, İran-Azərbaycan sərhədləri işğaldan azad olundu. Ümid edirik ki, həmin ərazilərin abadlaşdırılması istiqamətində həm Azərbaycan, həm İran şirkətləri yaxından iştirak edəcək”.

Səfir “Xudafərin” hidroqovşağının ölkələrimiz üçün əhəmiyyətindən də danışıb:

“Bu hidroqovşaq İranla Azərbaycanın müştərək işidir və fəxr olunası bir layihədir. Bu su bəndi İranla işğal olunmuş ərazilər arasında tikilib. İran İslam Respublikası bu hidroqovşağın tikilməsini təktərəfli qaydada öz üzərinə götürmüşdü”.

Daha ətraflı Baku TV-nin videosüjetində:

 

  •  (0)
  •  (0)