Sevimli aktyorumuz vəfat etdi – FOTObackend

Sevimli aktyorumuz vəfat etdi – FOTO

Bu gün Naxçıvan Teatrının aktyoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.

Hokm.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat yayıb.

Qeyd edək ki, Vüsal Rzayev 2 fevral 1968-ci ildə anadan olub. Aktyor Naxçıvan Uşaq Teatrında rejissor, Naxçıvan Dövlət Universitetinin müəllimi işləyib. O maraqlı uşaq pyeslərinin müəllifi olub.

Allah rəhmət eləsin!

  •  (4)
  •  (2)