“Sevil ərə gedəndə mən də onunla yaşayacam” – Əkiz bacılardan ERTIRAF…
“Xəzər Tv” də yayımlanan “Şən bazar” verilişinin növbəti qonağı müğənni Sevil-Sevinc bacıları olub.
Hokm.az xəbər verir ki, bacılar veriliş zamanı bir-birlərinə olan bağlılıqlarından danışıblar. Sevinc bildirib ki, bacısı ərə gedəndə o, da onunla yaşayacaq:
“Biz digər əkizlərə baxanda bir-birimizə daha bağlıyıq. Mən demişəm, Seva ərə gedəndə böyük bir ev alacayıq. Mən də onunla yaşayacam. Ev işlərinə, yemək bişirməyə kömək edərəm”.