Sevgisinə qarşılıq verməyən qadının üzünə kislota tökdübackend

Sevgisinə qarşılıq verməyən qadının üzünə kislota tökdü

Türkiyədə 42 yaşlı qadın bədbəxt hadisə  ilə üzləşib. 

Hokm.az xəbər verir ki, İstanbulda yaşayan Mehmet Yıldız  Yasemin Uzunçelebi adlı  qadına eşqini  etiraf edib. Qadın isə onun bu təklifini qəbul etməyib.  Bundan sonra Mehmet gecə saatlarında Yaseminin yaşadığı  mənzilə gizlincə daxil olub.  O, yuxuda olan qadının üzünə kislota töküb. Daha sonra Mehmet ərazini  tərk edib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının üzü tamamilə yanıb. Şəxs  isə  qısa zamanda  polis  tərəfindən saxlanılıb. unikal.org

  •  (0)
  •  (0)