Sevgilisinin 13 yaşlı qızını VƏHŞİCƏSİNƏ ÖLDÜRDÜ – FOTOLARbackend

Sevgilisinin 13 yaşlı qızını VƏHŞİCƏSİNƏ ÖLDÜRDÜ – FOTOLAR

Rusiyada kişi həbsxanada işləyən sevgilisinin qızını boğaraq öldürüb.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, həbsxanada yaşayan 40 yaşlı Varder Yekaterina törətdiyi cinayətə görə 11 il məhkumluq həyatı yaşayıb, azadlığa buraxılan 33 yaşlı Nikita Silnova ilə münasibət yaşamağa başlayıb.

40 yaşlı qadın həkim müayinəsinə gedən zaman 13 yaşlı qızı Viktoria Kravtsovanı Nikita Silnovaya əmanət edib.

Balaca qız anasına zəng edərək itini parkda gəzdirməyə apardığını söyləyib. Daha sonra Varder Yekaterina qızına bir neçə dəfə zəng etsə də o, cavab verməyib. Qızının cavab vermədiyini görən qadın sevgilisinə zəng vurub. Lakin Nikita Silnova da qadının zənginə cavab verməyib.

Qızından narahat olan Varder Yekaterina polisə xəbər verib. Qadının evinə gedən polislər Viktoria Kravtsovanın meyitini tapıblar.

Nikita Silnova 13 yaşlı qızı öldürdükdən sonra sevgilisinin kreditn kartini və noutbookunu da götürüb qaçıb.

Polislər 13 yaşlı qızın öldürüldükdən sonra cinsi istismara məruz qalıb-qalmadığını araşdırırlar.

Hazırda Nikita Silnovanın axtarışları davam edir.

  •  (0)
  •  (0)