Sevgilisi tərəfindən yandırılan Əlidən ŞOK SÖZLƏR: “Qızın başqa “zibilləri” çıxmasın deyə…” – FOTObackend

Sevgilisi tərəfindən yandırılan Əlidən ŞOK SÖZLƏR: “Qızın başqa “zibilləri” çıxmasın deyə…” – FOTO

Azərbaycanda sevgilisi və ailəsi tərəfindən yandırılan Əli danışıb.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, “ATV” telekanalında yayımlanan “Bizimləsən” verilişinə görüntülü zəng edən Əli daha çox üzünün, sinəsinin və əllərinin ağrıdığını bildirib:

“Məni qızın atası Natiq evə apardı. Mənim əllərimi tutdular. Qız yandırıcı maddəni üzərimə töküb, kibriti yandırdı. Başımdan ayağıma kimi yanmağa başladım. Əllərimdən tutmuşdular ki. qaçmayım. Özümü söndürəndən sonra balta ilə boğazımı kəsmək istəyirdi. Sağ əlimlə tutdum. Baltanın izləri boğazımda qalmaqdadır. Mən bu qızı 3 il yarım saxlamışam. Qızın ailəsi söylədi ki, ya onu almalısan, ya da belə olacaq. Qızın başqa “zibilləri” ortaya çıxdığı üçün məni bu günə qoydular. Mən Natiqin telefonu ilə polisə yığıb, kömək istəmişəm. Ondan sonra onlar bir az qorxdular. Amma məni yenə qoymurdular. Qızın anası, atası və özü mənə “öl, canın çıxsın” deyirdilər. Polislərlə qızın əmisi oğlu danışdı. Guya o zəng etmişdi. Amma polislər onu tanıdıqlarını və zəng edəni çağırmağını istədilər. Amma məni yenə də buraxmırdılar. Mən özümü pencərədən atdım. Mən qızdan xəyanət etdiyi üçün ayrıldım. Qızın övladı mənə ata deyirdi. Biz onunla 3 il yarım kəbin kəsdirib, ər-arvad kimi yaşamışıq”.

Sevgilisi tərəfindən yandırılan Əlidən ŞOK SÖZLƏR: "Qızın başqa "zibilləri" çıxmasın deyə..." - FOTO

Sevgilisi tərəfindən yandırılan Əlidən ŞOK SÖZLƏR: "Qızın başqa "zibilləri" çıxmasın deyə..." - FOTO

  •  (0)
  •  (0)