Sevgililər zəhər içərək, özlərini öldürdü – Ailələri evliliyə qarşı çıxdığı üçünbackend

Sevgililər zəhər içərək, özlərini öldürdü – Ailələri evliliyə qarşı çıxdığı üçün

Ailə evliliklərinə etiraz etdi, sevgili olan cütlük birlikdə ölümə getdi.

Hokm.az xəbər verir ki, Pakistanda adları Müqəddəs və Adnan olan iki gənc bir-birinə aşiq olub. Evlənmək istəyən cütlüyün ailələri bu birliyə qarşı çıxıblar. Ailəsi Müqəddəsi başqasına vermək istəyəndə gənc qız sevgilisi Adnanla zəhər içərək əl-ələ verib həyatlarına son qoyublar.

Polis Müqəddəslə Adnanın uzun müddətdir ki, bir-birini sevdiyini və Müqəddəs ailəsinin bu münasibətə qarşı olduğunu bildirib.

Həmçinin onlar ailənin qızını başqa bir kişiyə vermək üçün başqa ailə ilə razılaşdığını bildirib.

Cütlük o vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, həyatlarını xilas etmək mümkün olmayıb.azxeber.com

  •  (0)
  •  (0)