Səudiyyə Ərəbistanında hava limanına PUA-larla hücum edildibackend

Səudiyyə Ərəbistanında hava limanına PUA-larla hücum edildi

Səudiyyə Ərəbistanının cənubunda yerləşən Abha hava limanı silahlı Pilotsuz Uçuş Aparatının hücumuna məruz qalıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, hücumu Yəməndəki Husi qruplaşması təşkil edib.

Husilərin sözçüsü Yahya Səri hava limanını “Kasıf-2” tipli PUA ilə vurduqlarını açıqlayıb.

Qeyd edək ki, Husilər son sutka ərzində Abhaya 3 dəfə hücum təşkil edib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər 2014-cü ilin sentyabr ayından bəri paytaxt Səna və bəzi bölgələrin nəzarətini əllərində saxlayır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən bəri Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

  •  (0)
  •  (0)