Səudiyyə Ərəbistanı Qətərlə sərhədlərini açırbackend

Səudiyyə Ərəbistanı Qətərlə sərhədlərini açır

Qətərlə Səudiyyə Ərəbistanı və digər ölkələr arasında əlaqələrin normallaşdırılmasına dair razılaşma çərşənbə axşamı (5 dekabr – Red) imzalanacaq.

Hokm.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəhbərliyindəki yüksək vəzifəli şəxsə istinadla məlumat verib.

Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir razılaşmaya qoşulacaq. Öz növbəsində, Doha bu ölkələrə qarşı iddialardan imtina edəcək.

5 yanvarda Ər-Riyadda Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası 41-ci Zirvə görüşü keçiriləcək. Budan əvvəl Şuraya daxil olan ölkələrin xarici işlər nazirləri Zirvə görüşünü bölgə ölkələri arasında rəsmi Doha ilə üç il yarımdan çoxdur davam edən münaqişəni həll etmək üçün fürsət kimi qiymətləndirdiklərini bildiriblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn 2017-ci ilin iyununda Qətəri “terrora dəstək verməkdə və bölgədə sabitliyi pozmağa yönəlmiş siyasət yürütməkdə” günahlandıraraq, 13 maddəlik tələb siyahısı hazırlamışdı. Ancaq Qətər həmin tələbləri rədd etdiyindən adıçəkilən ölkələr ona qarşı embarqo qoymuş və diplomatik əlaqələri kəsmişdi.

  •  (0)
  •  (0)