Sərnişinlərin NƏZƏRİNƏ! Bu tarixdən uçuşlar başlayırbackend

Sərnişinlərin NƏZƏRİNƏ! Bu tarixdən uçuşlar başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) mayın 6-dan Naxçıvandan Gəncəyə və əks istiqamətdə uçuşlara başlayacaq.

Hokm.az AZAL-a istinadən xəbər verir ki, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.

Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim olunacaq.

Yeni uçuşlarla əlaqədar mayın 6-dan çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.

  •  (0)
  •  (0)