Serj Sarkisyana cinayət işi açıldı: Baden-Baden kazinolarında 100 milyon dollar uduzubbackend

Serj Sarkisyana cinayət işi açıldı: Baden-Baden kazinolarında 100 milyon dollar uduzub

Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb.

Bu barədə “Sputnik Armenia”ya xəbər yayıb.

Bildirilib ki, cinayət işi oktyabrın 8-də Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb.

Sabiq prezident 2008-2017-ci illərdə prezident təyyarəsi ilə hər hansı bir zərurət olmadan Almaniyanın Baden-Baden şəhərinə səfərlərdə ittiham olunur.

Qeyd olunur ki, bəzi hallarda həmin uçuşlar əvvəlcədən administrasiyadan məlumat verilmədən həyata keçirilib.

Bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan S.Sarkisyanı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittham edərək, onun Baden-Badendə kazinolarda 100 milyon dollara yaxın vəsait xərclədiyini bildirmişdi.

  •  (1)
  •  (0)