Sərhədlər açıldı
Çexiya Avropada sərhədlərini açan ilk ölkə oldu. Artıq sakinlərin xaricə səfər etməsinə icazə verilir, ölkə daxilində hərəkət qadağası da aradan qaldırılır. Bildirilir ki, xarici ölkələrdən qayıtdıqdan sonra vətəndaşlar onlarda koronavirusun olmadığı barədə testin nəticəsini təqdim etməli və ya karantində qalmalıdırlar.
Qeyd edək ki, Çexiya hökuməti sərhədləri martın 16-dan koronavirusa qarşı mübarizə məqsədilə həm əcnəbilər, həm də ölkə vətəndaşları üçün bağlamışdı. Vətəndaşlara yalnız işə, ərzaq mağazasına və ya apteklərə getmək üçün icazə verilirdi.
Məlumatı BBC yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
















