“Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür” – Zakir Həsənovbackend

“Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür” – Zakir Həsənov

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib.

Hokm.az-ın xəbərinə görə, nazir iyulun 28-də ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Z.Həsənov azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq bu gün baş verən insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

  •  (1)
  •  (0)