Şərəfli tarixbackend

Şərəfli tarix

May ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Milli Təhsil Naziri Ziya Selçuku qəbul etmişdir. Bu iki dövlətin arasındakı bütün əlaqələr çox yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyevin “Bir millə iki dpövlət” fikri nə qədər dahiyanə və vaxtında söylənilmişdir. Hazırda elə  bir sahə yoxdur ki, Azərbaycan və Türkiyə dövlətləri o sahədə əməkdaşlıq etməsin. Təhsil sahəsi də istisnalıq təşkil etmir.

Ölkələrimiz arasındakı bu dostuq, qardaşlıq və müttəfiqlik elə inkişaf etməlidir ki, hər hansı bir maneə olmasın və gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atsınlar. Həmin məqsədlə çoxsaylı gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər həyata keçirilməlidir.

Azərbaycan Türkiyə Cümhiyyətinin dəstəyinui hər zaman hiss edib. Istər ötən əsrin əvvəllərində müstəqillik qazandığımız zaman, istəsə də ikinci dəfə müstəqilliyimizi elan etdiyimaz vaxt qardaş Türkiyə yanımızda olub. Ikinci Qarabağ Müharibəsinin başlandığı ilk saatlardan Türkiyə Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etdi və bildirdi ki, biz qardaş Azərbaycanın haqq işini dəstəkləyirik və hər zaman onun yanında olacağıq.

Qardaş Türkiyənin təhsil sistemi dünya standartlarına cavab verir və bu sahədə əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Gənc nəsil elə yetişdirilməlidir ki, onlar birgə fəaliyyət göstərməyi bacarsınlar, vahid maraqlar çərçivəsində hərəkət etsinlər.

İşğaldan azad olunmuş ərazilərin bərpası işlərində Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. Bərpa olunacaq şəhərlərin Baş Planı hazırlanır və həmin planda təhsil müəssisələri də öz yerini tapmalıdır. Bildiyiniz kimi, artıq Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin yenidən tikilməsi üçün  təməli qoyulmuşdur. Daha bir təməlqoyma mərasimi Türkiyə tərəfindən təklif olunan bir hədiyyə kimi Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində olacaqdır.

Azərbaycan üçün indi önəmli təhsil sahələrindən biri peşə təhsilidir. Bu sahədə işlər davam etdirilir. Işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması və gələcəkdə xidmət göstərilməsi sahəsində bizim peşə təhsilinə böyük ehtiyacımız olacaqdır. Odur ki, həmin sahələrdə tələb olunacaq peşə sahiblərini indidən yetişdirməyə başlamalıyıq.

Azərbaycanın həqiqi tarixinin öyrənilməli və təbliğ olunmalıdır. Yeni təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə tədris olunacaq tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bu bizim şanlı və şərəfli tariximizdir. Son iki yüz il ərzində biz ancaq tarixi torpaq itgiləri ilə yaşamışıq. Biz əsl tariximizi dünyaya çatdırmaq üçün nə lazımdırsa etmək zorundayıq. Bunu bacaracağıq, çünki bu gələcək nəsil üçün bir örnəkdir.

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri,  fəal gənc Tamerlan Əkbərov

  •  (0)
  •  (0)