“Səninləyik Azərbaycan!”backend

“Səninləyik Azərbaycan!”

“Qalib xalq!”- biz uzun illər bu amalla yaşadıq.Dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə hər zaman torpaqlarımızın işğaldan azad olunması mübarizəsinə hazırlaşdıq. Tarixi ədalətin bərpası üçün, haqq-ədalət uğrunda mübarizə  aparan Müzəffər ordumuz ərazi bütövlüyümüzün bərpasına nail oldu.İkinci Qarabağ müharibəsi zamanı yaşanan hər gün,hər saat,hər an belə yaddaşlarda silinməz izlər qoydu.

44 gün davam edən əks-hücum hərbi əməliyyatları zamanı işğal altında olan hər qarış torpağımızın uğrunda qəhrəmanlıq göstərdi oğullarımız. Canını belə sevə-sevə fəda edən oğullarımızın misilsiz qəhrəmanlıqları və fədakarlıqları nəticəsində qələbə qısa müddətdə təmin edildi. Düşünülmüş, məntiqli, ağıllı taktika sayəsində düşmən nəzarətində olan tarixi torpaqlarımız, yaşayış məntəqələrimiz çox qısa müddət ərzində düşmən tapdağından birdəfəlik təmizləndi. Düşmən tərəfin satqın komandirləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək, Azərbaycan əsgərinin qarşısından qaçdı. Qəhrəman Azərbaycan əsgərləri yaralı yoldaşını çiynində daşıdığı halda erməni əsgərləri yoldaşlarını döyüş müydanında qoyub qaçdılar. Beləliklə, 27 sentyabr 2020-ci ildə əks-hücum həmləsi ilə başlayan və tarixə Vətən Müharibəsi kimi daxil olan Zəfər yürüşü cəmi 44 günə bitmişdi.Şanlı ordumuz bu müddət ərzində Cəbrayıl,Füzuli,Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini, Hadrut, Suqovuşan qəsəbəsini, ümumilikdə 300-dən çox yaşayış massivinihərb elminə yeni olan müasir döyüş üslubu, taktikası ilə erməni işğaldan azad etdi. Sarsıdıcı, ağır məğlubiyyətlə barışmaq məcburiyyətində qalan, pərən-pərən düşmüş “məğlubedilməz erməni ordusu” döyüşməkdən imtina edincə, ağılsız, təsadüfi, insanlardan toplanmış Ermənistan hakimiyyətinin təhqiredici Kapitulyasiya aktını imzalamasına məcbur oldu. Ağdam,Kəlbəcər və Laçın rayonları işğaldan qan tökülmədən azad olundu. Vəhşiliklə, terrorla, soyqırımla əldə etdiyi torpaqlardan ölkəmizin dünyaya sərgilədiyi, eyham vurduğu humanizm prinsipləri əsasında qovuldu düşmən dədə-baba torpaqlarımızdan.İllər ötəcək,gələcək nəsillər Milli Ordumuzun əsgərləri haqqında,şərəfli keçmişimiz haqqında çox oxuyacaq,çox dinləyəcəklər.Qürurla Azərbaycan əsgərinin hansı qəhrəmanlığa, hansı səbrə,hansı təmkinə,hansı ədalətə malik olduqlarını anlayıb,fəxr edəcəklər.Görəcəklər ki, igidlərimiz mənfur düşmənə qalib gəlmək üçün hansı zəfər yollarından keçmişdirlər. Əlbəttə ki, Azərbaycan hərb tarixinin qızıl səhifələri yazılırsa, bunun üçün Ali Baş Komandanımıza, Müzəffər Ordumuza borcluyuq.Gələcək nəsil həmin səhifələri vərəqləyərkən, böyük qürur hissi keçirəcəkdir.Vətən uğrunda tökülən qanların hədər getmədiyinin şahidi olacaqlar.Tarix yazan hər bir şəhidimizdən, qazimizdən, müharibə iştirakçımızdan vətənpərvərliyi,vətəndaş olmağı öyrənəcəklər.”Səninləyik Azərbaycan!” – deyəcəklər.

Pikəxanım Həsənova

Neftçala rayon sakini

  •  (0)
  •  (0)