Sənədləri olmayanlara qayıdış şəhadətnaməsi verilirbackend

Sənədləri olmayanlara qayıdış şəhadətnaməsi verilir

Ukraynadan vətənə qayıtmaq istəyən, lakin sənədləri qaydasında olmayan Azərbaycan vətəndaşlarına ölkəyə qayıdış şəhadətnaməsi verilir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi qeyd edib ki, bu, müəyyən qədər vaxt tələb edir:

“Bizim səfirlik fəaliyyət göstərir və vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir. Ölkəyə qayıdış şəhadətnamələrinin tərtib edilməsinə isə vaxt lazımdır”.

  •  (0)
  •  (0)