Şənbə günü yağış, dolu yağacaq, güclü külək əsəcəkbackend

Şənbə günü yağış, dolu yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Hokm.az-a verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 14-17°, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

  •  (0)
  •  (1)