Şənbə- bazar günü ictimai nəqliyyat İŞLƏYƏCƏK? – AÇIQLAMAbackend

Şənbə- bazar günü ictimai nəqliyyat İŞLƏYƏCƏK? – AÇIQLAMA

Pandemiyanın şəhərimiz Bakı üçün yaratdığı əsas problemlərdən biri metronun işləməməsi və bunun nəticəsində ictimai nəqliyyatdakı sıxlıqdır. Şənbə- baza günləri avtobusların işləməməsi isə bu yüklənməni getdikcə artırır.

Bununla bağlı Sonxeber.az-a həkim Ədalət Rüstəm danışıb:

“Yükü azaltmaq üçün metro açılmalıdır. Təhlil etmək lazımdır, əgər şənbə- bazar günləri yoluxma sayı aşağıdırsa, həmin günlər ictimai nəqliyyat, xüsusən də avtobuslar işləməlidir. Şənbə- bazar günü yoluxmanın sayının azalması o deməkdir ki, bu ilk beş gündə, yəni həftə içi olur. Buna görə də ictimai nəqliyyata düşən yükü azaltmaq üçün nəqliyyat qeyd edilən vaxtlarda da işləməli, yükü həftə içinə paylamaq lazımdır”.

  •  (1)
  •  (0)