Parisin simvollarından olan Notr-Dam Kilsəsi orijinalı əsasında restavrasiya ediləcək.
Bu barədə bu gün Fransa Senatı qərar qəbul edib. 850 illik tarixi kilsənin şüşə damdan hazırlanması və tərəvəz yetişdirilməsi təklifi sərt reaksiyalara səbəb olmuşdu. Bu səbəbdən Notr-Damın bərpa olunması haqda qanun qəbul edilib.
Bununla da Senat tarixi tikilinin modern üslubda restavrasiya ediləcəyi haqda söz-söhbətə son qoyub.
Xatırladaq ki, aprelin 15-də Notr-Dam kilsəsi yanıb. (qafqazinfo)
Hokm.az
















